Maqsud Xasmetov 1/4 finalda –Avropa çempionatı
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın üçüncü günü Azərbaycan millisinin 5 üzvü rinqə çıxıb.
Onlardan Maqsud Xasmetov (56 kq) döyüşünü qələbə ilə başa vurub. Boksçumuz 1/8 finalda Yuri Tomyuku (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda rusiyalı Aleksey Kiselyevlə üz-üzə gələcək.
Əli Zamanov (52 kq), Cəlal Qurbanov (60 kq), Sərxan Əliyev (69 kq) və Murad Allahverdiyev (81 kq) məğlub olaraq, yarışla vidalaşıblar.
Qeyd edək ki, millimizin boksçularından Ruslan Rüstəmov (64 kq) və Mirəşrəf Kazımzadə (75 kq) yarışın ikinci günü 1/4 finala vəsiqə qazanıb. Çempionat iyunun 24-də başa çatacaq.
Oxşar xəbərlər
Boksçumuzdan bürünc medal - Avropa çempionatı
Boksçularımız 1/4 finalda - Avropa çempionatı
Azərbaycanlı boksçu erməniyə rəqib oldu - Avropa çempionatı
Millimizin heyəti açıqlandı - Avropa çempionatı
Boksçularımız Avropa birinciliyinin final mərhələsinə yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası