reklam
Stadnik Polşadan qızılla dönür -
Sportfm.az xəbər saytı

Stadnik Polşadan qızılla dönür -Uğur


Polşanın paxtaxtı Varşavadakı güləş üzrə "Poland Open" turniri davam edir.

Sportfm.az xəbər verir ki, bu gün mübarizəyə başlayan idmançılar arasında Azərbaycan təmsilçisi Mariya Stadnik də olub.

50 kq çəki dərəcəsində çıxış edən güləşçimiz əvvəlcə Emiliya Alina Vuk (Rumıniya) ilə qarşılaşıb və görüşdən qələbə ilə ayrılıb. Stadnikin növbəti rəqibi ABŞ-dan Erin Qolston olub. Təmsilçimiz Qolstonu adlayaraq, yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə isə Stadnik Mariya Tiumerekovanı (Rusiya) məğlub edib və finala yüksəlib.

Axşam seansında qızıl medal üzrə görüşə çıxan idmançımız Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşıb. Rəqibinə 9:4 hesabı ilə qalib gələn Stadnik qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Mariya Stadnik qızıl medal qazandı - Poland Open
Mariya Stadnik finalda - Poland Open
Qızıl qız Mariya Stadnik
Mariya Stadnik beynəlxalq turnirinin finalına yüksəldi
Sofiyada yarış bitdi, Stadnik Bakıya qızılla dönür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər