reklam
Mariya Stadnik beynəlxalq turnirinin finalına yüksəldi
Sportfm.az xəbər saytı

Mariya Stadnik beynəlxalq turnirinin finalına yüksəldi


Polşanın paytaxtı Varşavada Qran-pri seriyasından olan "Poland Open" turniri start götürüb.

Sportfm.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik çətinlik çəkmədən finala yüksəlib.

Turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat Olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu kolumbiyalı Karolina Kastilyo Hidalqo, amerikalı Uitni Konder və ukraynalı Oksana Livaça 10:0 hesabı ilə qalib gəlib. Stadnik yarımfinalda rusiyalı Nadejda Sokolovanı 11:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Güləşçimiz bu gün qızıl medal uğrunda görüşdə Ukraynanın digər təmsilçisi İlyona Semkivlə qarşılaşacaq.

Oxşar xəbərlər

Mariya Stadnik qızıl medal qazandı - Poland Open
Mariya Stadnik finalda - Poland Open
Qızıl qız Mariya Stadnik
İdmançımız "Poland Open" turnirində qızıl medal qazandı
Stadnik Polşada güləşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər