Para-atletimiz qızıl medal qazandı -Avropa çempionatı
Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T13 kateqoriyasında iştirak edən Elmir Cəbrayılov 400 m qaçış növündə 49.88 s nəticə göstərərək yarışın qızıl medalını qazanıb.
Sportfm.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Qeyd edək ki, bu millimiz çempionatda qazandığı 5-ci medalıdır (3 qızıl, 1 gümüş, 1 bürünc). Daha öncə F53 kateqoriyasında iştirak edən Elvin Astanov nüvə itələmə növündə 8.23 m nəticə göstərərək yarışın qızıl ,T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək yarışın qızıl, T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək yarışın gümüş medalını qazanıb.
Oxşar xəbərlər
Azərbaycanlı atletdən böyük uğur - Qızıl medal qazandı
Azərbaycandan 13-cü medal - Tokio-2020
Daha 5 idmançımız lisenziya qazandı - Tokio-2020
İdmançılarımızdan qızıl medal - 2021 World Para Athletics Grand Prix
Atletlərimiz dünya çempionatında finala yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib
-
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
Kadi 25-ci qoluna imza atıb - Yubiley
-
Günün ilk oyunu Tovuzda başlayacaq - YENİLƏNİR
-
3 klub üçün danışılmış oyunlara qarşı sessiya - FOTO
-
"Turan" 32 il sonra avrokuboklarda - UĞUR















Misli Premyer Liqası