İdmançılarımızdan qızıl medal -2021 World Para Athletics Grand Prix
İtaliyanın Cesolo şəhərində keçirilən “2021 World Para Athletics Grand Prix” yarışında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T12 kateqoriyasında iştirak edən Kamil Əliyev uzunluğa tullanma növündə 6.98 m nəticə göstərərək qızıl medal qazanıb.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, Kamil Əliyev Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziyasını artıq təmin edib.
Digər idmançı, T13 kateqoriyasında iştirak edən Orxan Aslanov uzunluğa tullanma növündə 6.78 m nəticə göstərərək qızıl medal qazanıb.
Beləliklə idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.
Oxşar xəbərlər
Azərbaycan paralimpiyaçılarından 14-cü qızıl medal - Tokio-2020
Paralimpiya komandamızdan rekord sayda lisenziya - Tokio-2020
Para-atletimiz qızıl medal qazandı - Avropa çempionatı
Azərbaycan Paralimpiya Oyunlarına 7-ci lisenziyasını qazandı
İdmançımız Yay Paralimpiya Oyunlarına lisenziya qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası