Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz"in futbolçusu: "Fasilə müddətində boş oturmamışıq"
"Kəpəz” çempionatın ikinci hissəsi üçün çalışmalarını Bakıda davam etdirir.
Sportfm.az xəbər verir ki, Gəncə klubu əvvəlcədən tərtib olunmuş plan üzrə hazırlaşır. Klubun rəsmi saytı məşqlərin gedişi ilə bağlı komandanın futbolçuları Nicat Qurbanov və Novruz Məmmədovun fikirlərini öyrənib:
Nicat Qurbanov: "Hazırlığımız yaxşı gedir, səhərlər dəniz kənarında, axşam meydançada məşq edirik. Fasilə müddətində də boş oturmamışıq. Məşqçilər korpusunun tapşırığına əsasən, aktiv istirahət keçirmişik. Yəni peşəkarlığa uyğun olaraq fərdi şəkildə hazırlaşmışıq. Yüngül məşqlərlə də olsa, formamızı qorumağa çalışmışıq. Bu mənada təlim-məşq toplanışında deməzdim ki, axsamalar var. Düzdür, istirahətdən sonra müəyyən çətinlik olmalıdı. Çünki toplanışla fərdi məşqlər fərqlidir. Artıq hazırlığa uyğunlaşmışıq, hər şey plan üzrə davam edir. Məşqlər ağır keçir ki, bu da başa düşüləndir. Çempionata belə hazırlaşmaq lazımdır. Əziyyət çəkməsək, məqsədə çatmaq mümkün olmayacaq. Qarşıda yoxlama oyunları da var. Öz formamızı bərpa edib, mövsümün ikinci hissəsinə yaxşı başlamaq istəyirik”.
Novruz Məmmədov: "Hazırlıq plan üzrə gedir. Səhərlər fiziki məşqlər olur, günün ikinci hazırlığında isə toplarla taktiki-texniki yöndə çalışırıq. Hamımız səylə işləyirik, istəyimiz mövsümün qalan hissəsində daha yaxşı çıxış etmək, turnir cədvəlində irəliləməkdir. Bu istəyimizə də nail olmaq üçün əlimizdən gələni edəcəyik. Əvvəlcədən toplanışın çətin keçəcəyini bilirdik. Ona görə də düşərgəyə hazırlıqlı qoşulmuşuq. Fasilə müddətində boş oturmamışıq. Çünki tapşırıq belə olmuşdu. İndi də verilən tapşırıqları dəqiqliklə yerinə yetirməyə səy göstəririk, ağır olsa belə dözürük. Futbolçunun işi həmişə oyuna, məşqə hazır olmaqdır. Özümüzü bir daha məşqçilərə göstərməyə çalışırıq. Onsuz da çempionat dövründə hamımız müəllimlərimizin etimadını qazanmağa çalışmışıq. Əsas heyətə kim layiqdirsə, seçim onun üzərindədir. Bizim üçün ilk növbədə "Kəpəz”in uğuru dayanır. Əsas məsələ komandanın nailiyyətidir”.
Oxşar xəbərlər
"Kəpəz"in futbolçusu:"Bizim üçün ağır keçdi, çətinliyimiz oldu"
Fərid Məmmədov: “Artıq böyük futbol oynamağın vaxtıdır”
Tural Qürbətov: “Hər şey özümüzdən asılıdır”
"Kəpəz”in əvəzedici heyətinin kapitanı: “Uşaqlara yaxşı nümunə olmalıyıq”
"Kəpəz"in qolkiperi: "Məşqçilər həmin futbolçuları da oynadır və düz də edirlər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası