reklam
Gimnastlarımız Slovakiyada qızıl medal qazandı -
Sportfm.az xəbər saytı

Gimnastlarımız Slovakiyada qızıl medal qazandı -FOTO


Slovakiyanın paytaxtı Bratislavada aerobika gimnastikası üzrə “Açıq Slovakiya Çempionatı” öz işinə yekun vurub.

Sportfm.az xəbər verir ki, 15 ölkədən idmançıların qatıldığı turnirdə ölkəmiz fərdi, qarışıq cütlük, üçlük və qrup çıxışlarında təmsil olunub. Millimizin üzvləri Mədinə Mustafayeva, Nərminə Hüseynova, Balaxanım Əhmədova, Vladimir Dolmatov və İmran İmranovun qrup proqramında icra etdikləri performans onlara yarışların qızıl medalını (19.344) qazandırıb.

Gimnastlarımızın daha  bir  uğurlu çıxışı isə üçlük proqramında olub. Emil Quliyev, Elçin Məmmədov və V. Dolmatov 19.800 xalla turnirin gümüş medalına da sahibləniblər.

Qarışıq cütlükdə igimnastlarımız İmran və Mədinə 6-cı, fərdi çıxışlarda Elçin 5-ci, Nərminə isə 7-ci yerlə turniri başa vurublar.

9-11 yaşlı gimnastların mübarizəsində isə yeganə təmsilçimiz Məryam Topçubaşova fərdi proqramda çıxış edərək, qızıl medal qazanıb. Məryamın çıxışı hakimlər tərəfindən yüksək qiymətləndirilərək, 32 idmançı arasında 1-ciliyə layiq görülüb.

 

Oxşar xəbərlər

Azərbaycan gimnastları 3 növdə final - Dünya çempionatı
Bu gün gimnastlarımız 4 növdə çıxış edəcək - Dünya çempionatı
Bakıda dünya çempionatı başlayır - Aerobika gimnastikası
Azərbaycan gimnastları və azarkeşlərindən möhtəşəm himn ifası - VİDEO
Yığmamız Avropa Çempionatında finala çıxdı - BÖYÜK UĞUR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər