"Nəticəmdən razıyam, bu mənim ilk yarışım idi" -Balaca gimnast
Çalışacağam ki, növbəti yarışlarda qızıl medal qazanım.
Bu barədə “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyinin "bürünc" mükafatçısı Safura Məmmədova deyib.
Gənc gimnast balacalar (2013-2015-ci il) yaş kateqoriyasındakı gimnastlar arasında üçüncü yer tutub.
"Nəticəmdən razıyam, bu mənim ilk yarışım idi. Bədii gimnastika ilə hələ dörd aydır ki, məşğul oluram və artıq mükafat qazandım. Turnirdə alətsiz hərəkətlər proqramı ilə çıxış etdim, bəzi elementlərdə kiçik səhvlərə yol verdim, məşqlərdə bunların üzərində çalışacağam. Bir də gimnastların gürzlərlə hərəkətləri necə yerinə yetirməsi xoşuma gəlir, mən hələ bu alətlə məşq etmirəm, ümid edirəm zamanı gələndə məndə hər şey alınacaq", - Respublika kompleks idman məktəbinin yetirməsi deyib.
Qeyd edək ki, 4-5 aprel tarixlərində Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi keçirilir.
Yarışda “Ocaq Sport” klubu, “Abşeron OİK”, “Ağdaş” OİK, “İOEUG” Gimnastika Məktəbi, “Gəncə” OİK, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Şağan” OİK, “Grasiya” İK və “Sumqayıt” OİK “Qusar” OİK, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, “Qax” OİK, “RKİM”, “Şəmkir” Gənclər Evi, “Su İdman Sarayı” və “Zirə” Mədəniyyət Mərkəzi Eko-Park-dan 340 gənc gimnast iştirak edir.
Birincilikdə gimnastlar fərdi proqramla yanaşı, qrup hərəkətləri proqramı ilə çıxış edirlər.
Yarışlar balacalar (2016-2017-ci il), uşaqlar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-ci il) yaş kateqoriyaları üzrə keçirilir. (Trend.az)
Oxşar xəbərlər
Bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kuboka start verildi
Aerobika üzrə paytaxt çempionatı keçiriləcək
Bədii gimnastika üzrə Azərbaycan çempionatı keçiriləcək
Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başladı - FOTO
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası















Misli Premyer Liqası