AMADA-dan geniş təbliğat proqramı -Gimnastlar üçün
Azərbaycanın ev sahibliyi etdiyi 21-23 may tarixilərində keçirilmiş aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışları və bu gün start götürən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) xüsusi antidopinq maarifləndirici təbliğat proqramları həyata keçirmişdir.
Sportfm.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən uzun müddətdir kütləvi tədbirlərin keçirilməməsini nəzərə alsaq bu, il ərzində keçirilən ilk genişmiqyaslı təbliğat tədbiridir.
18 ölkədən 202 gimnastın iştirak etdiyi aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında, habelə 22 ölkədən 171 idmançının iştirak etdiyi aerobika gimnastikası üzrə dünya çempionatında AMADA xüsusi antidpoinq guşəsi yaradıb. Təbliğat proqramı çərçivəsində idmançılarla təmiz idman dəyərləri, idmanda ədalət prinsipi və antidopinq nəzarətinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işi aparılmışdır. Müxtəlif ölkələrdən olan gimnastlara antidpoinqlə bağlı biliklərini artırmaq üçün müxtəlif əyani vəsaitlər, bukletlər, habelə AMADA tərəfindən hədiyyələr verilmişdir. Təbliğat proqramına böyük maraq göstərən gimnastlar hazırlanmış xüsusi guşəyə yaxınlaşaraq təşviqat vəsaitləri ilə tanış olmuş, antidpoinqlə bağlı əyləncəli viktorinada iştirak etmişdirlər. İdmançılar burda təşkil olunan fotosessiyada iştirak etməklə təmiz idmanın təşviqinə öz töhfələrini vermişdirlər.

Oxşar xəbərlər
AMADA "Heydər Əliyev İli" ilə əlaqədar silsilə tədbirlər keçirdi - VİDEO
AMADA "Heydər Əliyev ili" ilə əlaqədar silsilə tədbirlər keçirib
AMADA 6 rayonda maarifləndirmə tədbirləri keçirdi - FOTO
AMADA regionlarda silsilə antidopinq maarifləndirmə tədbirləri keçirir
ADA xüsusi proqram təqdim etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Birbaşa Bakı” mübarizəni dayandırdı - Çempionlar Liqası
-
Azərbaycan Qran-Prisində 2-ci gün başladı
-
Hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görüldü
-
“Xankəndi” baş məşqçisi ilə yollarını ayırdı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycan boksçusundan gümüş medal - Avropa çempionatı














Misli Premyer Liqası