ADA xüsusi proqram təqdim etdi
Azərbaycan Milli Antidopinq Agentliyi 13-14 mayda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri (IBSA Judo Grand Prix Baku 2019) turnirində dopinqlə mübarizə sahəsində dünyada ilk olaraq innovativ təşviqat proqramını təqdim edib.
Sportfm.az xəbər verir ki, 36 ölkədən 400-dən çox qonağın iştirak etdiyi turnir üçün hazırlanan xüsusi təşviqat proqramı çərçivəsində Azərbaycan və ingilis dillərində Brayl əlifbasi ilə çap edilmiş üç növ məlumatlandırıcı materiallar ilə testlər hazırlanıb və paylanılıb.
Həmçinin AMADA dünyada ilk dəfə olaraq görmə imkanları məhdud idmançılar üçün interaktiv audio əsaslı “iQuiz” antidopinq viktorina sistemini hazırlayıb.
5 sualdan ibarət bu xüsusi qurğu onların məhdud imkanlarını nəzərə alaraq dopinqlə mübarizə sahəsində biliklərini yoxlamağa imkan verir.
Hər düzgün cavab bir “vazari” xalı, hər səhv cavab isə “şido” cəriməsi ilə nəticələnir. İki səhv cavab verən iştirakçı məğlub olur. Ən azı dörd sualı düzgün cavablandıran cüdoçü isə “ippon”, yəni qələbə qazanır.
Yarışda iştirak edən idmançılar, o cümlədən Azərbaycanın 2 qat paralimpiya çempionu İlham Zəkiyev, bir sıra milli və beynəlxalq idmançılar tədbirin keçirildiyi günlər ərzində antidopinq biliklərini nümayiş etdirərək AMADA-dan xüsusi hədiyyələr qazanıblar.
Oxşar xəbərlər
AMADA regionlarda silsilə antidopinq maarifləndirmə tədbirləri keçirir
AMADA-dan geniş təbliğat proqramı - Gimnastlar üçün
AMADA-nın inspektorları beynəlxalq status verildi
AMADA əməkdaşları beynəlxalq inspektor statusu alacaq
AMADA onlayn təhsil proqramına start verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Birbaşa Bakı” mübarizəni dayandırdı - Çempionlar Liqası
-
Azərbaycan Qran-Prisində 2-ci gün başladı
-
Hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görüldü
-
“Xankəndi” baş məşqçisi ilə yollarını ayırdı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycan boksçusundan gümüş medal - Avropa çempionatı















Misli Premyer Liqası