reklam
AMADA regionlarda silsilə antidopinq maarifləndirmə tədbirləri keçirir
Sportfm.az xəbər saytı

AMADA regionlarda silsilə antidopinq maarifləndirmə tədbirləri keçirir


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” çərçivəsində 5 rayonu əhatə edən antidopinq maarifləndirmə tədbirləri həyata keçirib. Bu dəfəki təlimlər Təhsil Nazirliyi və AMADA-nın birgə təşkilatçılığı ilə Gəncə, Yevlax, Göygöl, Şəmkir və Tovuz Şəhərlərində  yerləşən  Təhsil Nazirliyinin tabeliyindəki idman məktəblərində baş tutub.  Hər bir rayonda keçirilən antidopinq təlimləri  idmançıların  böyük marağına səbəb olub. Belə ki, tədbirlərdə ümumilikdə 18 idman növünü təmsil edən təxminən 500 idmançı,  müəllim, məşqçi, həkim  və idman məktəblərinin rəhbərliyi iştirak edib.

Təlimlərdə iştirakçılara təməl antidopinq bilikləri – dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq  testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib, bundan bəhs edən videoçarxlar nümayiş etdirilib.  Azyaşlı, yeniyetmə və gənc idmançılarla maraqlı interaktiv sorğular və testlər keçirilib. Təlimlərdə xüsusi ilə seçilən idmançılara AMADA tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Təlimlər çərçivəsində narkotiklərlə mübarizə mövzusu xüsusi yer tutub. İdmançılara narkotiklərin zərərləri, onun törətdiyi fəsadları haqqında məlumatlar verilib, narkotik və digər zərərli vərdişlərdən uzaq durmaq,  sağlam həyat tərzinə malik olmaq üçün idmanın əhəmiyyəti vurğulanıb.

AMADA “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” çərçivəsində silsilə tədbirlərini davam etdirəcək və təlimlər digər regionları da əhatə edəcək.

Oxşar xəbərlər

AMADA AFFA-da “Antidopinq maarifləndirmə” seminarı keçirdi
AMADA “Araz-Naxçıvan” üçün maarifləndirmə seminarı keçirdi
“Kəpəz” üçün antidopinq təlimi - FOTO
AMADA 6 rayonda maarifləndirmə tədbirləri keçirdi - FOTO
"Amada" seminar keçirdi - Nazirliklə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər