reklam
Sportfm.az xəbər saytı

"Məğlubiyyəti ən normal həzm edən komandayıq" -Qara Qarayev


"Çempionluğu son turda əldən vermək pis hiss deyil. Biz idmançıyıq. "Qarabağ" böyük camiədir və ölkə futbolu üçün böyük işlər görmüşük".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Qarabağ"ın futbolçusu Qara Qarayev "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXVIII tur matçından sonra deyib.

Təcrübəli yarımmüdafiəçi məğlubiyyəti normal şəkildə qəbul edən kollektiv olduqlarını bildirib: "Məğlubiyyətdən də dərs çıxardırıq. Futbolda uduzmaq da var. Artıq 7 ildir ard-arda çempion olmuşuq. Hər il biz çempion olacağıq deyə bir şey yoxdur. Üzüntümüz odur ki, azarkeşlərimiz sevindirə bilmədik. Amma futbolda bəzən belə hallar yaşanır. Komandamla və yoldaşlarımla fəxr edirəm. Sonucu oyunda da daha üstün və layiqli olan biz idik. Şans və medal onlarda olsun, biz daha yaxşıyıq".

Qarayev "Neftçi"ni çempionluq üçün təbrik etdiyini sözlərinə əlavə edib: "Biz Azərbaycanda məğlubiyyəti ən normal şəkildə həzm edən komandayıq. Çünki udanda və uduzanda da rəqibə hörmətlə yanaşmışıq. Heç bir komanda deyə bilməz ki, biz qalib gəlib, rəqibə hörmətsizlik etmişik. "Neftçi"ni təbrik edirəm, çempionluğa layiqdirlər". (report)

Oxşar xəbərlər

"Bu qələbə azarkeşlərimizin halalı olsun" - Samir Abasov
"Oyuna nəzarət tam olaraq bizdə idi" - Sənan Qurbanov
"Deyəcəyim hər söz komandaya ziyan verə bilər" - Qara Qarayev
"Futbolçularımdan razı qaldım" - Qurban Qurbanov
"Bizim də başımıza gəlib" - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər