"Bizim də başımıza gəlib" -Qurban Qurbanov
"Öncə hamınızı, xalqımızı təbrik edirəm. Ali Baş Komandandan Şuşanın azad olunması xəbərini aldıq. Şuşanın yeri qəlbimizdə bir başqadır. Çox sevinirəm".
Sportfm.az xəbər verir ki, bunu "Qarabağ"ən baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Neftçi"yə 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
48 yaşı mütəxəssis bildirib ki, futbolda belə hallar olur: "Bizim də başımıza gəlib. Rəqibə uğurlar arzu edirəm. Komandamı təbrik etdim. Futbolçularımız bu oyunu gözləyirdilər ki, istirahət etsinlər. Bəziləri dincələcək, bəziləri isə milliyə yollanacaq".
Təcrübəli baş məşqçi oğlu Musa Qurbanlının əsas milliyə dəvət olunmasına münasibət bildirib: "Gözlənilməz oldu. Sevindirici haldır ki, gənclərə yer verirlər. Gənclərin yığmada olmasına müsbət baxıram. Bu, onların inkişafını tezləşdirir".
Oxşar xəbərlər
"Finalda da qələbə gözləyirəm" - Ayxan Abbasov
“Ədalətli nəticə heç-heçə idi” - Qurban Qurbanov
"Futbolçularımdan razı qaldım" - Qurban Qurbanov
"Oyunla bağlı danışılası söz yoxdur" - Füzuli Məmmədov
“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası