reklam
Sportfm.az xəbər saytı

"Bu qələbə azarkeşlərimizin halalı olsun" -Samir Abasov


"Nə deyəcəyimi bilmirəm. Çox çətin oyun keçdi. Amma çox inanırdıq".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra "CBC Sport"a açıqlamasında çempionluq təəsüratlarını bölüşərkən söyləyib.

43 yaşlı mütəxəssis bildirib ki, qalib gələcəklərinə inanırdılar: "Hətta Əhməd Əhmədovu meydana buraxanda dedim ki, çıx qol vur. Bu qələbə azarkeşlərimizin halalı olsun. Bizə dəstəklərini hər zaman hiss edirdik. Şükürlər olsun, onların qarşısında başıaşağı olmadıq. Bütün komandalarımıza avrokuboklarda uğurlar arzu edirəm".

Abasov komandanı qəbul edərkən çempionluq haqqında düşünmədiyini söyləyib: "Amma futbolçuları görəndən sonra yaxşı komanda quracağımıza inandım. Hər zaman bu oyunçuların daha yaxşısını edə biləcəyini bilirdim. Bu gün nəticəsini gördük. Çempion olduq. Futbolçu və baş məşqçi kimi çempionluq fərqli hisslərdir".

Oxşar xəbərlər

"Təəssüflər olsun ki, hesabı qoruya bilmədik" - Samir Abasov
"Həyəcanlı qarşılaşma oldu" - Samir Abasov
"Emin Mahmudovun yoxluğu hiss olundu" - Samir Abasov
"Hər görüşə son oyun kimi baxacağıq" - "Neftçi"nin legioneri
"Heç bir komandanı hesabdan silmirik" - Samir Abasov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər