"Qəbələ" - "Sabah" -15-ci duel
Mayın 14-də Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. “Qəbələ” öz meydanında “Sabah”la görüşəcək. Bu, “qırmızı-qaralar”ın cari mövsümdə son ev oyunu olacaq.
Sportfm.az xəbər verir ki, komanda paytaxt təmsilçisi ilə 15-ci dəfə qarşılaşacaq. Əvvəlki 14 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 dəfə rəqibini məğlub edən komanda 1 dəfə heç-heçə edib və 5 oyunda uduzub. Keçirilən görüşlərdə 17 qola sevinən futbolçular 14 top buraxıb. Davit Volkovla Klesio Bauk “Sabah”ın qapısına daha çox - hərəyə 3 qol vurublar.
Rəqiblər çempionatda 10 dəfə üz-üzə gəlib. “Qəbələ” 4, “Sabah” 5 dəfə qalib gəlibsə, bir görüş heç-heçə bitib. 9 qol vuran “qırmızı-qaralar” öz qapısından 12 top buraxıb.
“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 1 heç-heçəsi olan komanda yalnız 1 matçda məğlub olub. Bu oyunlarda 10 qola sevinən futbolçular 7 top buraxıb.
Xatırladaq ki, mayın 14-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 17:00-da başlayacaq.
Oxşar xəbərlər
"Qəbələ" - "Sabah" - 20-ci duel
"Zirə" - "Qəbələ" - 25-ci duel
"Qəbələ" və "Qarabağ"ın 61-ci dueli - Azərbaycan Premyer Liqası
"Sabah" - "Qəbələ" - 14-cü duel
"Qəbələ" - "Sabah": 13-cü duel
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası