

"Qəbələ" və "Qarabağ"ın 61-ci dueli -Azərbaycan Premyer Liqası
Bu həftə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək. Eyni gündə baş tutacaq turun görüşləri aprelin 25-də təşkil olunacaq. “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
Bu matç iki komanda arasında 61-ci duel kimi tarixə düşəcək. Rəqiblər indiyədək 60 dəfə üz-üzə gəlib. Əvvəlki görüşlərdə 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 qarşılaşmada heç-heçə edib. Digər 29 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran komanda öz qapısından 85 top buraxıb.
“Qəbələ” Premyer Liqada 50-ci dəfə “Qarabağ”la görüşəcək. İndiyədək keçirilən 49 oyunda 10 qələbəsi olan komanda 14 dəfə meydanı sülhlə tərk edibsə, 25 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan “qırmızı-qaralar” 71 top buraxıb.
“Qəbələ” 30-cu dəfə “Qarabağ”ı qəbul edəcək. Komanda əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 10 heç-heçə edib və 11 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən futbolçular 34 qola üzülüb.
Aprelin 25-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı saat 17:00-da başlayacaq.
Oxşar xəbərlər
“Qarabağ”la “Qəbələ”nin 73-cü dueli - Misli Premyer Liqası
“Qəbələ” və “Zirə” arasında 33-cü duel
"Qəbələ"nin "Neftçi" ilə 60-cı dueli - Azərbaycan Premyer Liqası
"Qəbələ"nin "Qarabağ"la 63-cü dueli - Azərbaycan Premyer Liqası
"Qəbələ" - "Neftçi" - 56-cı duel
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"Mingəçevir" 4-cü qələbəsini qazandı