"Sabah" - "Qəbələ" -14-cü duel
Bu həftə Azərbaycan Premyer Liqasında 3-cü dövrə başa çatacaq.
Sportfm.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk matçına çıxacaq “Qəbələ” “Sabah”la görüşəcək.
“Qırmızı-qaralar” paytaxt təmsilçisi ilə səfərdə qarşılaşacaq. Bu iki komanda arasında 14-cü matç olacaq. İndiyədək keçirilən 13 oyundan 9-u Premyer Liqa, 4-ü ölkə kuboku çərçivəsində baş tutub. 8 dəfə qalib gələn “Qəbələ” 1 dəfə heç-heçə edib və 4 matçda uduzub. Bu qarşılaşmalarda 17 top vuran "Qəbələ" futbolçuları 13 qol buraxıb. “Qırmızı-qaralar”ın “Sabah”la görüşlərdəki ən məhsuldar oyunçuları Davit Volkovla Klesio Bauk hərəyə 3 qol vurublar.
Premyer Liqada komandalar hərəyə 4 qələbə qazanıbsa, bir görüşdə sülh qeydə alınıb. Çempionatda 9 qol vuran "Qəbələ" 11 qol buraxıb.
“Qəbələ” səfərdəki 7 görüşdə 4 dəfə qaib gəlibsə, 3 dəfə meydan sahibləri üstün olub. Bu oyunlarda top fərqi meydan sahiblərinin xeyrinədir – 9-8.(gabalafc.az)
Xatırladaq ki, aprelin 4-də keçiriləcək “Sabah” - “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.
Oxşar xəbərlər
Bölgə klubu ilə Bakı komandası arasında 23-cü duel
"Qəbələ" - "Sabah" - 15-ci duel
"Qəbələ" - "Sabah": 13-cü duel
«Sabah»la 12-ci oyun
"Qəbələ"nin "Keşlə" ilə 47-ci dueli
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası