reklam
Azərbaycan və Türkiyə Qran-prilərinin vaxtı dəyişdiriləcək -
Sportfm.az xəbər saytı

Azərbaycan və Türkiyə Qran-prilərinin vaxtı dəyişdiriləcək -Formula 1


"Formula 1" üzrə Azərbaycan və Türkiyə Qran-prilərinin vaxtı dəyişdirilə bilər.

Sportfm.az xəbər verir ki, bu barədə "auto-motor-und-sport.de" saytı məlumat yayıb.

İddiaya görə, Türkiyədə son vaxtlar yoluxma hallarının artması və İngiltərənin bu ölkəni "qırmızı siyahı"ya salması təşkilatçıları bu addımı atmağa məcbur edir.

Təşkilatçılar hesab edirlər ki, Türkiyə və Azərbaycan Qran-prilərinin yerini dəyişdirməklə bu problemi aradan qaldırmaq mümkündür. Çünki Azərbaycandan qayıdan komandalar üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Sayt yazır ki, mümkün yerdəyişmə üçün iki ölkə hökumətinin razılığı lazımdır. Dəyişiklik təsdiqlənsə, Bakı trası bir həftə gec söküləcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçirilməlidir.

Oxşar xəbərlər

Qran-prilərin ləğvi gəlirləri azaltdı - Formula 1
Azərbaycan Qran-prisi ləğv olunur - Formula 1
Azərbaycan, Kanada və Monako Qran-priləri ləğv olunur
"Formula-1" üzrə Azərbaycan Qran-prisi keçirilməyəcək - Dəqiqləşdi
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər