reklam
Azərbaycan, Kanada və Monako Qran-priləri ləğv olunur
Sportfm.az xəbər saytı

Azərbaycan, Kanada və Monako Qran-priləri ləğv olunur


"Formula 1" rəhbərliyi 2021 mövsümünün təqvimində əlavə dəyişikliklər edə bilər.

Sportfm.az "Formule1" nəşrinə istinadən xəbər verir ki, Monako, Azərbaycan və Kanada Qran-prilərinin ləğv edilmə ehtimalı var.

Səbəb koronavirus pandemiyasına görə marşrutların hazırlana bilməməsidir. Hər üç mərhələ şəhər trasında təşkil edilməlidir.

Ləğv olunacağı təqdirdə, onlar Türkiyə, İtaliya (Mucello) və Almaniyadakı (Nyurburqrinq) yarışlarla əvəz edilə bilər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. 2020-ci ildə Bakıdakı yarış koronavirusa görə ləğv edilib.

Daha əvvəl "Auto Motor und Sport" Azərbaycan Qran-prisinin turnirin ləğv edilmə ehtimalının olduğunu yazıb.

Oxşar xəbərlər

Çin Qran-prisi ardıcıl üçüncü dəfə ləğv olundu - Formula 1
Kanada Qran-Prisi Türkiyədə keçirilə bilər - Formula 1
Kanada Qran-prisi yenə ləğv olundu - Formula 1
Azərbaycan Qran-prisi ləğv olunur - Formula 1
"Formula 1" 2027-ci ilə qədər keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər