“Zaqatala” “Qaradağ Lökbatan”ı məğlub yola saldı -I Divizion
Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunda 25-ci turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub. Turun açılış matçında “Qarabağ”ın əvəzediciləri “Keşlə”nin ikinci komandası üzərində inamlı qələbəyə sevinib.
“Sabah”ın əvəzediciləri isə üçüncü pillədə qərarlaşmış “Turan Tovuz”u qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Lider “Neftçi”nin ikinci komandası isə “Kəpəz”lə qarşılaşıb. “Ağ-qaralar” doğma meydanda qalib gəlməklə vaxtından əvvəl çempion olublar. Çempionla yanaşı, “Zaqatala” və “Turan Tovuz”un da mövsümü medalla başa vuracağı dəqiqləşib. Onların meyar əyarı isə son iki turda bəlli olacaq.
Sonuncu oyun günündə daha iki görüş baş tutub. MOİK doğma meydanda “Sumqayıt”ın əvəzedicilərinə qalib gəlib. “Zaqatala” isə “Qaradağ Lökbatan”ı məğlub yola salıb.
Birinci divizion, 25-ci tur
6 may
Qarabağ-2 – Keşlə-2 3:1
Qol: Seyxan Fərəcov, 10; 22. Musa Musazadə, 45+1 – Xəzər Mahmudov, 9.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Əliyar Ağayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kərim Ağayev
“ASCO Arena”, 14:00
Sabah-2 – Turan Tovuz 3:3
Qol: Təbriz İsazadə, 42. Abdulla Xaybulayev, 44. Camal Cəfərov, 74 – Vidadi Cəfərov, 25; 84-pen; 90+2.
Hakimlər: Rauf Allahverdiyev, Elmin Süleymanov, Kərim Zeynalov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena” (ehtiyat meydança), 16:00
Neftçi-2 – Kəpəz 1:0
Qol: İsmayıl Zülfüqarlı, 65.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Nefçi” klubunun bazası (4-cü meydança), 17:00
7 may
MOİK – Sumqayıt-2 2:1
Qol: İlham Allahverdiyev, 20; 74 – Tahir Zeynalov, 24.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu, 16:00
Zaqatala – Qaradağ Lökbatan 2:1
Qol: Elvin Sərkərov, 35-öz qapısına. Xəlil Bəşirov, 70 – Elnur Səmədov, 90+5.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Elman Kərimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00

Oxşar xəbərlər
“Qarabağ” səfərdə, MOİK evdə qalib gəldi - I Divizion
“Qarabağ” “Keşlə”yə qarşı - I Divizion
"Qarabağ" – "Keşlə" matçı Səbuhi Bayramova həvalə edildi - I Divizion
“Neftçi”dən daha bir qələbə - I Divizion
XII turun bütün təyinatları məlum oldu - I Divizion
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı













Misli Premyer Liqası