reklam
Gimnastımız finala yüksəldi -
Sportfm.az xəbər saytı

Gimnastımız finala yüksəldi -Avropa çempionatı


Batut gimnastımız Selcan Maqsudova Soçidə keçirilən batut, tamblinq və ikili minibabut üzrə Avropa çempionatının finalına yüksəlib.

Sportfm.az xəbər verir ki, böyüklər arasında mübarizə aparan təmsilçimiz təqdim etdiyi proqrama görə, hakimlərdən 52,835 xal alaraq təsnifat mərhələsində səkkizinci olub və həlledici mərhələyə adlayıb.

Fərdi batut gimnastikası üzrə final yarışları mayın 2-də təşkil olunacaq. Həmin gün tamblinq üzrə final yarışlarında təmsilçimiz Mixail Malkin də medallar uğrunda mübarizə aparacaq.

Azərbaycanın gənclərdən ibarət tamblinq komandası artıq Avropa çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, 23 ölkədən idmançıların iştirak etdiyi Avropa çempionatına mayın 2-də yekun vurulacaq.

Oxşar xəbərlər

Azərbaycan qızıl və bürünc medal qazandı - Avropa çempionatı
Gimnastımız bürünc medalı qazandı - Avropa çempionatı
Gimnastlarımız finala vəsiqə qazandı - Avropa çempionatı
Azərbaycan gimnastı tamblinq üzrə Avropa Çempionu oldu - FOTO
İdmançımız Avropa Çempionatının yarımfinalında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər