reklam
Gimnastlarımız finala vəsiqə qazandı -
Sportfm.az xəbər saytı

Gimnastlarımız finala vəsiqə qazandı -Avropa çempionatı


Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Mahsudov Rusiyanın Soçi şəhərində keçirilən Batut Gimnastikası və Tamblinq üzrə Avropa çempionatında finala vəsiqə qazanıblar.

Sportfm.az xəbər verir ki, fərdi batut yarışlarında 87.620 xal toplayan idmançılar həlledici raunda yüksəliblər.

Qeyd edək ki, bu gün həmçinin gənclər arasında tamblinq üzrə komanda yarışlarında ilk medallar sahibini tapacaq. Burada Azərbaycan Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət komanda ilə təmsil olunacaq.

Axşam sessiyasında isə batutçular arasında yarımfinal çıxışları olacaq və Hüseyn Abbasovla Selcan Mahsudova qüvvəsini sınayacaq.

Aprelin 29-da start götürən Avropa çempionatının ilk günündə Azərbaycan tamblinqçisi Maxail Malkin finala çıxıb.

Oxşar xəbərlər

Gimnastlarımız finala yüksəldi - Dünya Kuboku
Azərbaycan qızıl və bürünc medal qazandı - Avropa çempionatı
Gimnastımız bürünc medalı qazandı - Avropa çempionatı
Gimnastımız finala yüksəldi - Avropa çempionatı
Millimizin heyəti açıqlandı - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər