Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şəhriyar Əliyev:"Çəkim artmayıb, əksinə azalıb"
"Hazırda özümü yaxşı hiss edirəm, zədəm də sağalıb. Odur ki, məşqlərə başlamağımda heç bir problem qalmayıb”.
Sportfm.az xəbər verir ki, bu sözləri "Kəpəz"in rəsmi saytına açıqlamasında Şəhriyar Əliyev deyib. Uzun müddət zədəli olduğundan mövsümün ilk yarısında "Kəpəz”ə az kömək edən müdafiəçi yanvarın 11-dən Bakıda məşqlərə başlayan "sarı-göylər”ə qoşulub: "Zədəmlə bağlı ötən il komandama istənilən qədər yardımçı ola bilmədim. Hər bir futbolçunun arzusu klubunun uğur qazanmasına kömək etmək, buna çalışmaqdır. Amma zədələrdən də qaçmaq olmur. Artıq hər şey geridə qalıb. Oynamadığım müddətdə çəkim artmayıb, əksinə azalıb (gülür). Yavaş-yavaş formamı bərpa etməyə çalışacağam. Arzum tezliklə oyunlara çıxmaqdır”.
Əliyevin yoxluğunda məşqçilər korpusu müdafiənin mərkəzində Azad Kərimovla Tural Nərimanova yer verib. Şəhriyar əsas heyətə dönmək üçün rəqabətə hazır olmalıdır və futbolçu bunu yaxşı anlayır: "Komandamızda əvəzedilməz oyunçu yoxdur. Mənim mövqeyimdə çıxış edən komanda yoldaşlarım özlərini ən yaxşı tərəfdən göstərməyi bacardılar və yoxluğum hiss olunmadı. Ona görə də düşünürəm ki, ilk "11-liy”ə qayıtmaq heç də asan olmayacaq. Rəqabət aparmalıyam və buna hazıram. Kim güclüdürsə, məşqçilər ona da şans verəcək. Birdə ki, əsas olan kiminsə oynaması deyil, "Kəpəz”in uğur qazanmasıdır. Mehriban heyətimiz var, hamı bir-birinin, bütövlükdə isə klubun uğur qazanmasına çalışır”.
Oxşar xəbərlər
Toğrul Əsgərov:“Kəpəz”ə stadiondan dəstək vermək istəyirəm”
"Kəpəz"in yeni futbolçusu: "Onların sevgisini qazanmaq istəyirəm"
"Kəpəz"in qolkiperi: "Məşqçilər həmin futbolçuları da oynadır və düz də edirlər"
"Kəpəz"in müdafiəçisi qayıdır
"Kəpəz"in zədəliləri sıraya döndü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin