"Sanki hər şey bizə qarşı idi" -Qurban Qurbanov
"Oyunda düşünmədiyimiz zədələr oldu. Müdafiədə oynayan komandaya qarşı çıxış etdik. Sanki hər şey bizə qarşı idi. Sonadək oyundan qopmadıq".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIII turunda səfərdə "Səbail"lə 1:1 bərabərə qaldıqları oyundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis rəqib baş məşqçi Aftandil Hacıyevi təbrik edib: "Futbolçularımı da təbrik edirəm ki, oyundan qopmadılar və bir xal qazandıq. Zədələnən Şahruddin Məhəmmədəliyev klinikaya aparıldı. Onun nə zaman qayıdacağını deyə bilmərəm. Filip Ozobiçin də durumu hazırda yaxşı deyil. Şahruddin üzündə zədə aldı. Baş hakim Əliyar Ağayev bizim yaxşı hakimlərimizdəndir. Siz nəyi görmüsünüzsə, biz də onu gördük".
Oxşar xəbərlər
"Bu qələbəni haqq etdilər" - Qurban Qurbanov
"Oyundan və nəticədən razı qaldım" - Qurban Qurbanov
"Liderə qarşı oynayırdıq" - Qurban Qurbanov
"Koronavirus pandemiyası ilə bağlı itkilərimiz var" - Ayxan Abbasov
"Qarşımızda yaxşı müdafiə xətti var idi" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası