reklam
11 gənc boksçumuz mübarizə başlayır -
Sportfm.az xəbər saytı

11 gənc boksçumuz mübarizə başlayır -Dünya birinciliyi


Polşanın Keltse şəhərində keçiriləcək gənclər arasında boks üzrə dünya birinciliyinin püşkü atılıb.

Sportfm.az xəbər verir ki, bu gün start götürəcək və 11 gün davam edəcək mundialda Azərbaycan millisinin üzlərinin də rəqibləri bəlli olub. Komandamızın heyətində rinqə yarışın birinci günü Əzrək Bəbirov (56 kq) çıxacaq. İdmançımız onaltıdabir finalda Maksat Jusipovla (Qırğızıstan) mübarizə aparacaq.

Onaltıdabir finaldan yarışa qatılacaq boksçularımız - aprelin 14-də Əli Zamanov (52 kq) Ruben Qarboyan (Ermənistan), Əsəd Baxışov (91 kq) Ramazan Dadayev (Rusiya), ertəsi gün Cəlal Qurbanov (60 kq) Ferens Samu (Macarıstan), Samir Nəsirov (69 kq) Petar Knezeviç (Xorvatiya)-Mateus Urban (Polşa) cütünün qalibi ilə, ayın 16-da Elmir Novruzov (64 kq) Darian Kastro (Kuba), Cəfər Heydərli (75 kq) Villiam Çolov (Bolqarıstan), Murad Allahverdiyev (81 kq) Domeniko Vingiquerra (İtaliya) ilə üz-üzə gələcəklər. Aprelin 17-də isə səkkizdəbir finalda Nicat Hüseynov (49 kq) Salvator Di Noto (İtaliya)-Allan Morozov (Estoniya) cütünün qalibi ilə görüşəcək.

Oxşar xəbərlər

İki boksçumuz rinqə çıxacaq - Dünya birinciliyi
Daha bir boksçumuz yarışa qələbə ilə başladı - Avropa çempionatı
3 boksçumuz rinqə çıxacaq - Dünya birinciliyi
Boksçularımızın ilk rəqibləri bilindi - Dünya birinciliyi
Millimizin heyəti açıqlandı - Dünya birinciliyi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər