İki boksçumuz rinqə çıxacaq -Dünya birinciliyi
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.
Sportfm.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxacaq. Belə ki, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Əzrək Bəbirov səkkizdəbir finalda ilk mərhələdən azad olan tailandlı Panuvat Çunjan-Atla üz-üzə gələcək. Komandamızın digər üzvü Nicat Hüseynov (49 kq) isə səkkizdəbir finalda Salvator Di Noto (İtaliya) - Allan Morozov (Estoniya) cütünün qalibi ilə görüşəcək. Yarışlar Bakı vaxtilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, bundan əvvəl millimizin üzvlərindən Əli Zamanov (52 kq) dörddəbir, Cəlal Qurbanov (60 kq) səkkizdəbir finala yüksəliblər.
Dünya birinciliyində ümumilikdə, 9 boksçumuz mübarizə aparır. Turnir aprelin 23-də başa çatacaq.
Oxşar xəbərlər
Üç boksçumuz dörddəbir finalda - Avropa birinciliyi
Daha bir boksçumuz yarışa qələbə ilə başladı - Avropa çempionatı
Boksçularımızın ilk rəqibləri bilindi - Dünya birinciliyi
11 gənc boksçumuz mübarizə başlayır - Dünya birinciliyi
Boksçumuz Alaverdiyanı məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası