Klubların iştirak üçün müraciət vaxtı başa çatdı -AÇIQLAMA
"Aprelin 10-u Premyer Liqada iştirakla bağlı lisenziya əldə etmək istəyən I Divizion klubları üçün son tarix idi. Sadəcə, hazırda lisenziyalaşdırma prosesinin elə fazasıdır ki, prosedurla və sənədlərlə bağlı məlumat verə bilmirik".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev bildirib.
Onun sözlərinə görə, klubların sənədləri yoxlanılmağa başlayıb: "Yoxlanış bitdikdən sonra Lisenziyalaşdırma Komissiyasına təqdim olunacaq. Bu məsələ ilə bağlı son qərarı da Komissiya verəcək. Buna görə məlumat verə bilmirik".
Hacıyev klubların son günlərdə sənəd təqdim etmədiyni diqqətə çatdırıb: "Son 3 gündə hansısa sənəd verilməyib. Təqdim olunan sənədlərin hansı yerdə olmasına baxılacaq. Biz məxliliyə görə əvvəlki illərdə də açıqlama verməmişik. Bu fazada hansısa fikir bildirmək məqsədəuyğun sayılmır. Klubların sənədlərinin yerində olub-olmaması ilə bağlı danışa bilmərəm. Əlbəttə bəzi çatışmazlıqlar var. Lisenziyalaşdırma Komissiyasının iclasından sonra ümumi xarakterli yekun açıqlama verilə bilər".
Lisenziyalaşdırma qrupunun rəhbəri Lisenziyalaşdırma Komissiyasının iclasının mayın ortalarına təyin edildiyini bildirib: "Sadəcə, ötən il toplantı müəyyən səbəblərdən iyunda gerçəkləşib. Komissiyanın iclası əsasən mayda olur".
Qeyd edək ki, I Divizion klublarından "Qaradağ Lökbatan", "Kəpəz", "Turan Tovuz" və "Zaqatala" Premyer Liqada iştirak üçün müraciət edib. MOİK isə əsas liqada oynamaq istəməyib. (Report)
Oxşar xəbərlər
Lisenziyalaşdırma ilə bağlı iclas keçirəcək - AÇIQLAMA
Bölgə klubları AFFA-ya müraciət etdi - Premyer Liqaya görə
Lisenziyalaşdırma Komissiyasının iclası təxirə salındı
"Klubların lisenziya məsələsi qiymətləndirmə fazasındadır" - Sərxan Hacıyev
Klublar niyə lisenziya almaq istəmir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası