Lisenziyalaşdırma ilə bağlı iclas keçirəcək -AÇIQLAMA
Azərbaycan Premyer Liqası və I Divizion klubları üçün lisenziyalaşdırma mövsümü ilə əlaqədar onlayn iclas keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.
Onun sözlərinə görə, toplantı oktyabrın 29-da gerçəkləşəcək: "Həmin gündən lisenziyalaşdırma mövsümü açıq elan olunacaq. Ərizələr üçün yekun tarix isə 7 noyabr olacaq. Lisenziya iddiaçıları ərizələri verdikdən sonra görüşlər, məsləhətləşmələr, yerində baxışlar keçiriləcək. Ondan sonra yanvar-fevralda sənədləri təqdim edəcəklər. Orada idman, infrastruktur, kadr, hüquq və maliyyə meyarları ilə bağlı müvafiq son tarixlər var. Mayda isə artıq yekun qərar veriləcək".
Qeyd edək ki, 2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında 10 komandanın iştirakı planlaşdırılır.
2021/2022 mövsümündə I Diviziondan "Kəpəz”, “Ağsu”, “Turan Tovuz”, “Qaradağ Lökbatan” və “Zaqatala” Premyer Liqada iştirak üçün müraciət etsə də, heç biri müsbət cavab almayıb. MOİK isə Premyer Liqada iştirakdan imtina edib. Bundan başqa "Səbail" və "Qəbələ" avrokuboklar üçün lisenziya ala bilməyib.
Oxşar xəbərlər
Lisenziyalaşdırma mövsümünün tarixi açıqlandı - Azərbaycan Premyer Liqası
Klubların iştirak üçün müraciət vaxtı başa çatdı - AÇIQLAMA
Gəncə və Tovuz yenə futbolsuz qaldı
"Klubların lisenziya məsələsi qiymətləndirmə fazasındadır" - Sərxan Hacıyev
Klublar niyə lisenziya almaq istəmir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası