"Qarabağ"dan yubiley qələbəsi -75-ci dəfə
“Qarabağ” Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.
Sportfm.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin tarixinə evdə 75-ci böyükhesablı qələbə kimi düşüb.
“Qarabağ”ın öz meydanındakı ilk belə qələbəsi 1992-ci il mayın 6-da qeydə alınıb. Həmin gün komanda Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib. 8 qat ölkə çempionunun ən böyük fərqlə qalib gəldiyi ev oyunlarında isə 7:0 hesabı qeydə alınıb. “Qarabağ” 1995/96 mövsümündə “Pambıqçı”nın (Neftçala), 2003/04 mövsümündə isə “Ədliyyə”nin qapısına 7 cavabsız qol vurub.
Qeyd edək ki, bu mövsüm 7-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Qarabağ” ümumilikdə 112-ci belə uğuruna imza atıb.
Oxşar xəbərlər
“Qarabağ”ın 300-cü qələbəsi - Yubiley
Premyer Liqada mövsümün rekordu
“Kəpəz”in 70-ci böyükhesablı qələbəsi
"Qarabağ"dan yubiley qələbəsi - Azərbaycan çempionatlarında
"Qarabağ"dan 450-ci qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası