reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"dan yubiley qələbəsi -Azərbaycan çempionatlarında


“Qarabağ” Azərbaycan çempionatlarında 80-ci böyükhesablı ev qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, bu, Premyer Liqanın XXI turuna təsadüf edib. Yarışın lideri öz meydanında “Səbail”ə 5:1 hesabı ilə qalib gəlib. Ağdamlılar 1992-ci ildən təşkil olunan yarışda bunadək 79 ev görüşündə 3 və ya daha çox top fərqi ilə qələbə qazanmışdı.

 

“Qarabağ”ın evdəki ilk belə qələbəsi 1992-ci ilə təsadüf edib. Mayın 6-da keçirilən II turun görüşündə ağdamlılar Kürdəmir “Şirvan”ını 6 cavabsız qolla məğlubiyyətə uğradıb.

 

Qeyd edək ki, ötən tur “Zirə”ni rəqib meydanında 3:0 hesabı ilə yenən “Qarabağ” səfərdə 40-cı dəfə böyükhesablı qələbəyə sevinib

Oxşar xəbərlər

“Qarabağ”ın 300-cü qələbəsi - Yubiley
“Kəpəz”in 70-ci böyükhesablı qələbəsi
"Qarabağ" bunu 40-cı dəfə etdi
"Qarabağ"dan 450-ci qələbə
"Neftçi"nin yubiley qələbəsi - 250

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər