reklam
I Divizion klubları cərimələndi -
Sportfm.az xəbər saytı

I Divizion klubları cərimələndi -İntizam Komitəsinin qərarları


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda I Divizionun 2-ci turunun oyunları ilə bağlı qərarlar verilib.

I Divizionun II turunun MOİK – “Səbail-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur; 

MOİK – “Səbail-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur; 

II turun “Keşlə-2” – “Sabah-2” görüşü hər iki klub oyunçularının geyimlərindəki qüsurlara görə gec başlandığı üçün hər iki klub 80 manat cərimə olunur; 

II turun “Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Qaradağ Lökbatan” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur; 

“Qaradağ Lökbatan” – “Kəpəz” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur; 

II turun “Zaqatala” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

21.09.2021 - 22.09.2021-ci ildə I Divizionun II turunun oyunlarında MOİK,  “Keşlə-2”, ”Qəbələ-2”, “Neftçi-2”, “Qarabağ-2”, “Zaqatala” klubları  əvəzetmə vaxtı ilə bağlı nəzərdə tutulmuş limiti pozduğu üçün həmin klublara xəbərdarlıq edilir.

Oxşar xəbərlər

I Divizion klublarının cəzaları açıqlandı - 80 manat
Divizion klublarının cəzaları açıqlandı
İntizam Komitəsinin qərarları açıqlandı - AFFA
Premyer Liqamızda klublar cərimələndi - AFFA
“Turan Tovuz” qapıçıya görə cərimə edildi - I Divizionun cəzaları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər