Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
«Sabah»la 12-ci oyun
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, turun son oyununda “Qəbələ” meydana çıxacaq.
Mövsümdə ilk səfər matçını keçirəcək “qırmızı-qaralar” “Sabah”ın qonağı olacaq. Görüş Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək.
Bu qarşılaşma iki komanda arasında 12-ci duel olacaq. İlk dəfə 2018/19 mövsümündə görüşən rəqiblər indiyədək 11 dəfə üz-üzə gəlib. Bunlardan yeddisi Premyer Liqa, dördü Azərbaycan kubokuna təsadüf edib.
“Qəbələ”nin 7 dəfə qalib gəldiyi matçlarda bakılılar 3 qələbə qazanıbsa, bir matçda heç-heçə qeydə alınıb. Əyalət təmsilçisi rəqib qapısına 15 qol vurub, 9-nu buraxıb. Bu qarşılaşmalarda “qırmızı-qaralar”ın ən məhsuldar oyunçuları Davit Volkovla Klesio Bauk hərəyə 3 qol vurublar.
Premyer Liqadakı oyunlarda hər komanda 3 dəfə qalib gəlib, 1 matç sülhlə başa çatıb. Rəqiblər hərəyə 7 dəfə qol sevinci yaşayıb. “Qəbələ” səfərdəki 6 görüşdə 4 dəfə qaib gəlibsə, 2 dəfə meydan sahibləri üstün olub. Bu oyunlarda top fərqi qonaqların xeyrinədir – 8:6.
Oxşar xəbərlər
Bölgə klubu ilə Bakı komandası arasında 23-cü duel
"Qəbələ" - "Sabah" - 15-ci duel
"Qəbələ" - "Neftçi" - 56-cı duel
"Sabah" - "Qəbələ" - 14-cü duel
"Qəbələ" - "Sabah": 13-cü duel
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası