Okeaniya ölkələri üçün seçmə turnir keçiriləcək -Tokio-2020
Tokio Olimpiya Oyunlarının təşkilat komitəsi Beynəlxalq Avarçəkmə Federasiyasının idmançılarının seçmə mərhələlərdə iştirak etməsi üçün may ayında Yaponiyaya gəlmələrini təmin edib.
Sportfm.az xəbər verir ki, mayın 5-7-də Tokionun “Sea Forest Waterway” avarçəkmə kanalında Asiya və Okeaniya ölkələri üçün Olimpiya seçmə turniri keçiriləcək. Ölkə rəhbərliyi, koronavirus pandemiyası səbəbindən idmançılar üçün sərtləşdirilmiş giriş qaydalarını yaxın gələcəkdə yumşaltmağı planlaşdırır. Oyunlar zamanı iki həftəlik karantin tətbiq edilməsinə ehtiyac qalmasa da, ancaq bir sıra sərt tələblər - sosial məsafəyə əməl etmək, maskalardan istifadə etmək və yalnız xüsusi nəqliyyat vasitələrində hərəkət etmək məcburiyyət olaraq qalacaq.
Keçən həftə Cənubi Amerika təmsilçilərinin iştirakı ilə Rio-de-Janeyroda Olimpiya seçmə turniri keçirilib. Yarış Braziliya hökuməti tərəfindən tətbiq olunan yeni məhdudiyyətlər səbəbindən bir neçə gün əvvəl sona çatıb.
Avropa Olimpiya seçmə turniri aprelin 5-7-də İtaliyada keçiriləcək. Final yarışlarının isə mayın 21-23-də İsveçrənin Lyutsern şəhərində keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
İdmançımız İtaliyada qızıl qazandı
“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq
Türkiyə avarçəkənləri Bakıya gəldi - FOTO
“Kazan-2022” təxirə salındı - Koronavirus pandemiyası səbəbindən
Hamı üçün VAR, azərbaycanlı hakimlər üçün AVAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Şəfa”nın prezidenti Kopenhagendə - FOTO
-
Çexiya İngiltərəyə, İspaniya Xorvatiyaya qarşı - Millətlər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Türkiyə İtaliyaya böyük hesabla uduzdu - Millətlər Liqası
-
"Xankəndi"nin yeni baş məşqçisi məlum oldu
-
“Neftçi” – “Turan Tovuz” oyununun vaxtı məlum oldu - Premyer Liqa














Misli Premyer Liqası