İdmançımız İtaliyada qızıl qazandı
Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb.
Sportfm.az xəbər verir ki, o, bu uğura İtaliyada təşkil edilən “Paolo d’Aloja” memorialında imza atıb.
İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə keçirilən beynəlxalq reqatada Dımçenko bir nəfərlik qayıqla 2000 metr məsafəyə təsnifat mərhələsində 3-cü olub və finala vəsiqə qazanıb. Final yürüşündə isə o, ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki 1,05 saniyə geridə qoymaqla qızıl medala layiq görülüb.
Finişə 3-cü çatan Özbəkistan təmsilçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1,3 saniyə geri qalıb.
Oxşar xəbərlər
Azərbaycan idmançıları 5 medal qazanıblar
Azərbaycanlı avarçəkən Türkiyədə “qızıl” qazandı
İdmançımız dünya ikincisi oldu - UĞUR
İdmançımız Dünya kubokunda 4-cü oldu
Bayramov Slovakiyada qızıl medal qazandı - Uğur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası