Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin qapıçısından örnək addım -VİDEO
Futzal millimizin qapıçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə səfər oyununda nümunəvi addımı ilə diqqət çəkib.
Sportfm.az xəbər verir ki, 30 yaşlı qapıçı ilk hissənin sonlarında rəqib oyunçunun zərbəsinin qarşısını alarkən ayağı sürüşüb və yıxılıb. Təcrübəli oyunçu yeri silmək istəyən təmizlik işçisinin əlindən döşəməsiləni alıb və yeri özü silib.
Xatırladaq ki, yığmamız bu görüşdə 5:3 hesabı ilə qalib gələrək Avropa çempionatının final mərhələsinə yüksəlib.
Oxşar xəbərlər
“Torpedo” Rövşən Hüseynlinin söz azadlığını əlindən aldı - Qadağa
"Biz onlardan bir addım öndəyik" - Millimizin qapıçısı
“Alesio Da Silva dedi ki, hesabı erkən açmalıyıq" - Millimizin qapıçısı
Millimizin heyətində dəyişiklik - Zədə səbəbindən
Yığmamız Yunanıstan komandası ilə qarşılaşdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası