reklam
Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi
Sportfm.az xəbər saytı

Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi


Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün son 2 çəki dərəcəsində fərdi yarışlar başlayıb.

Sportfm.az xəbər verir ki, qadınların mübarizəsində İrina Kinderska 1/16 finala təsadüf edən ilk görüşündən qalib ayrılıb. 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Kindzerska hollandiyalı Tessi Savelkulsu 92 saniyəyə ipponla yenib. Onun növbəti rəqibi tunisli Şeyx Ruhu Nihel olub. Bu görüşdə də azərbaycanlı cüdoçu ipponla qalib gəlib. Kindzerskanın 1/4 finalda rəqibi braziliyalı Maria Sülen Alteman olacaq. 

Kişilərin mübarizəsində 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri isə çıxışını erkən başa vurub. O, 1/32 finalda avstriyalı Ştefan Hegyiyə ipponla uduzub.

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 100 kq-dakı Elmar Qasımov 5-ci, 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib. 

Oxşar xəbərlər

Cüdoçularımız ilk görüşlərində qələbə qazandı - Böyük Dəbilqə
Elmar Qasımov medalsız qaldı
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi
Yığmamız Almaniyadan qızıl medalla dönür
Azərbaycan cüdoçuları Qran Pridə 3 qızıl, 1 bürünc medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər