

"Ulduzlar Liqası"nın püşkatma mərasimi keçirildi -Maraqlı qruplar
Azərbaycanda həvəskar futbolun təbliğində böyük rolu olan "Ulduzlar Liqası"nın növbəti mövsümü başlayır.
Sportfm.az xəbər verir ki, ötən gün ölkəmizdə sevilən və populyar olan həvəskarlar liqalarından biri olan turnirin püşkatma mərasimi baş tutub. 2021-ci il mövsümündə iştirak edəcək komandaların kapitanlarının və qonaqların iştirak etdiyi tədbirdən öncə Təşkilat Komitəsinin rəhbəri Anar Məmmədov reqlament haqqında ətraflı məlumat verərək, yeni çempionatda tətbiq ediləcək dəyişikliklərdən də bəhs edib. Məmmədov çıxışında bütün klublara uğur arzulamaqla yanaşı, 6-cı dəfə baş tutacaq turnirdə iştirak edəcək komandaları "fair play" qaydalarına əməl etməyə də səsləyib. Bu mövsüm turnirin keçirilməsinə dəstək verəcək şirkətlərin nümayəndələri də püşkatmada söz alaraq "Ulduzlar Liqası"ndan gözləntilərini dilə gətiriblər.
Daha sonra püşkatma mərasiminə start verilib. 2021-ci il mövsümündə iki qrupda mübarizə aparacaq komandalar aşağıdakı kimi bölünüblər.
A qrupu
“Sirena Motors”
“uA Azərbaycan”
“Keşlə”
“Litsey Uşaqları”
“Seniors"
“İslam”
“Zabrat”
“Əvilə”
“Seyyidlər”
“Old Boys”
B qrupu
“Xilə”
“Army United”
“Maştağa”
“Legion”
“Şəmkir”
“Sabunçu”
“Kia Fan Klub”
“Yanar Dağ”
“Green Wolf”
“Zülfüqar”
Qeyd edək ki, hər qrupda ilk 4 sıranı tutan klub "Ulduzlar Liqası"nın final mərhələsində mübarizəni davam etdirəcək.
Turnirin ilk turunun oyunları barədə saytımızda məlumat dərc ediləcək.
Oxşar xəbərlər
"Mini Ulduzlar Liqası" start götürür - Püşkatma baş tutdu
Ulduzlar Liqası başlayır - Yeni mövsüm
Ulduzlar Liqasında yeni mövsümün püşkü atıldı, Tovuz təmsilçisi "Keşlə" ilə düşdü - FOTOLAR
“Ulduzlar Liqası”nda yeni mövsüm həyəcanı başlayır
Ulduzlar Liqasının püşkü atıldı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin