reklam
Ulduzlar Liqasında yeni mövsümün püşkü atıldı, Tovuz təmsilçisi
Sportfm.az xəbər saytı

Ulduzlar Liqasında yeni mövsümün püşkü atıldı, Tovuz təmsilçisi "Keşlə" ilə düşdü -FOTOLAR


Bu gün “Eden lounge"da həvəskarlar arasında keçirilən mini-futbol üzrə “Ulduzlar Liqası"nın 2019-2020 mövsümünün püşkü atılıb. 

Sportfm.az xəbər verir ki, bu mövsüm 20 komandanın mübarizə aparacağı turrinin püşkatma mərasimində Təşkilat Komitəsinin üzvləri ilə yanaşı, komandaların nümayəndələri və kapitanları da iştirak edib.

Tədbiri açıq elan edən Təşkilat Komitəsinin rəhbəri Anar Məmmədov "Ulduzlar Liqası"nda tətbiq ediləcək qaydalardan bəhs edərək bütün klublara uğurlar arzulayıb. Bu mövsüm turnirin keçirilməsinə yaxından dəstək verəcək şirkətlərin nümayəndələri də püşkatmada söz alaraq "Ulduzlar Liqası"ndan gözləntilərini dilə gətiriblər. Mərasimdə media və futbol ictimaiyyətinin tanınmış şəxsləri də 5-ci dəfədir təşkil edilən çempionatla bağlı ürək sözlərini söyləyiblər. 

Daha sonra püşkatma mərasiminə start verilib. 2019-2020 mövsümündə iki qrupda mübarizə aparacaq komandalar aşağıdakı kimi bölünüblər. 

A qrupu

“Ümid” Masallı

“Army United”

“Tornado”

“Star Kargo”

“Turan”

“Bakılılar”

“Kia Motors”

“Seniors”

“Zabrat ST”

“Universal”

B qrupu

“Sirena Motors”

“Keşlə”

“Tüklə”

“Xilə”

“Əmirli” Tovuz

“Suraxanı”

“Əvilə”

“Maştağa”

“Sabunçu” 

“Azəri Med”

Qeyd edək ki, hər qrupda ilk 4 sıranı tutan klub "Ulduzlar Liqası"nın final mərhələsində mübarizəni davam etdirəcək. 

 

 

 

 

Oxşar xəbərlər

"Ulduzlar Liqası"nın püşkatma mərasimi keçirildi - Maraqlı qruplar
Ulduzlar Liqası başlayır - Yeni mövsüm
“Ulduzlar Liqası”nda yeni mövsüm həyəcanı başlayır
Ulduzlar Liqasının püşkü atıldı, sön mövsümün finalçıları eyni qrupa düşdü - FOTOLAR
Ulduzlar Liqasının püşkü atıldı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər