reklam
17 ilin ən yaxşısı, tarixin 15-cisi
Sportfm.az xəbər saytı

17 ilin ən yaxşısı, tarixin 15-cisiAzərbaycan Premyer Liqası


Azərbaycan Premyer Liqasının 18 turundan sonra çempionatın ən məhsuldar komandası “Qarabağ”dır.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi bu oyunlarda 42 qol vurub. Qurban Qurbanovun baş məşqçi olduğu komandanın orta məhsuldarlığı 2,33-ə bərabərdir.

Bu, son 17 mövsümün mütləq rekordudur. 2004-cü ildən sonra heç bir komanda ilk 18 turda bu qədər qol vurmayıb. Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 18 turda 51 qol vurub.

Ümumiyyətlə isə Ağdam təmsilçisinin cari mövsümdəki göstəricisi ölkə çempionatları tarixində 15-ci nəticədir. Rekord isə 1998/99 mövsümündə qeydə alınıb. “Kəpəz” 18 oyundan sonra 63 qol vurub. İkinci nəticəyə də sahib olan gəncəlilər 1995/96 mövsümündə 60 dəfə fərqlənib.

Oxşar xəbərlər

21-ci əsrdə 6-cı dəfə
“Qarabağ” öz rekordunu təkrarladı - Misli Premyer Liqası
"Qarabağ" tarix yazdı - Bir oyunda 6 qol
“Neftçi”nin məhsuldarlıq rekordları
“Kəpəz”lə “Neftçi”nin rekordu qırılmadı - Tarixin 3-cüsü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər