reklam
21-ci əsrdə 6-cı dəfə
Sportfm.az xəbər saytı

21-ci əsrdə 6-cı dəfə


Misli Premyer Liqasında 2023/24 mövsümünün qış çempionu “Qarabağ” 18 matçda 45 qol vurub.

Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin orta məhsuldarlığı 2,50-yə bərabərdir.

XXI əsrdə 6-cı dəfə 18 oyundan sonra komandalardan birinin məhsuldarlığı belə yüksək olub. Yalnız “Qarabağ”, “Şəmkir” və “Neftçi” buna nail olub.

“Qarabağ” 2003/04 mövsümündə 51, ötən çempionatda isə 48 dəfə fərqlənib. 2000/01 mövsümünün 18 oyununda 54 qol vuran “Şəmkir” bu göstəricidə əsrin rekordçusudur. Həmin mövsüm “Neftçi” 49, bir il sonra “Şəmkir” 46 qola imza atıb.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 18 tur üçün mütləq rekord 63 qola bərabərdir. 1998/99 mövsümündə “Kəpəz”in orta göstəricisi 3,50 olub.

Oxşar xəbərlər

“Qarabağ” tarix yazdı
Futbolumuzda yeni rekord
“Qarabağ” hamını arxada qoydu - son 25 ilin rekordu
Son iki ilin rekordu təkrarlandı - Misli Premyer Liqası
“Qarabağ”dan 5-ci dəfə 7 qol - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər