
“Kəpəz”lə “Neftçi”nin rekordu qırılmadı - Tarixin 3-cüsü
“Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı qələbə seriyası qırılıb. Mövsümdə ilk xal itkisi ilə üzləşən Qurban Qurbanovun yetirmələri səfərdə “Qəbələ” ilə görüşdə heç-heçə edib – 1:1.
Sportfm.az PFL-ə istinadən xəbər verir ki, Ağdam klubunun 15 qələbədən ibarət seriyası sona çatıb. Ötən mövsümdə, martın 9-da keçirilən “Zirə” ilə ev oyunundakı (0:0) xal itkisindən sonra bütün qarşılaşmalarda qalib gələn “Qarabağ” bu 15 matçda 43 top vurub və 5-ni buraxmışdı. Ötən çempionatda 8, cari mövsüm 7 qələbə qazanan əyalət klubunun göstəricisi tarixdə 3-cüdür. 224 gündən sonra xal itirən ağdamlılar yalnız “Kəpəz”lə “Turan”dan geri qalır.
Azərbaycan çempionatlarının 27 illik tarixində iki dəfə daha uzun qələbə seriyasına təsadüf olunub. 1994-cü ilin fevralından sentyabrına qədər 16 oyunda xal itirməyən “Turan”ın seriyası 1993/94 və 1994/95 mövsümlərini əhatə edib. Bu rekord dörd ildən sonra yenilənib. “Kəpəz” 1996/97 mövsümündə, 1997-ci ilin noyabrından başlayaraq 20 qələbəni sıralayıb. Bu rekord seriyası 1997/98 mövsümünün əvvəlində, 1998-ci ilin sentyabrında başa çatıb.
İlk yeddi turda xal itirməyən “Qarabağ” mövsümün startındakı qələbə sayında 5-ci göstəriciyə şərik olub. “Neftçi”nin 12 (1992) , 10 (1994/95) və 9 (1996/97), həmçinin “Şəfa”nın 8 (2003/04) qələbədən ibarət seriyaları keçilməz qalıb. Ağdam klubu “Neftçi”nin 2000/01, “Xəzər Lənkəran”ın 2007/08 mövsümündəki göstəricisini təkrarlayıb.

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 71 |
2 | Sabah | 27 | 62 |
3 | Neftçi | 27 | 56 |
4 | Zirə | 27 | 37 |
5 | Qəbələ | 27 | 36 |
6 | Turan | 27 | 28 |
7 | Kəpəz | 27 | 22 |
8 | Sumqayıt | 27 | 21 |
9 | Şamaxı | 27 | 20 |
10 | Səbail | 27 | 18 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |