reklam
Rusiyalı nazirdən Azərbaycan idmançılarına təklif -
Sportfm.az xəbər saytı

Rusiyalı nazirdən Azərbaycan idmançılarına təklif -"Sputnik" peyvəndi


Rusiya İdman Nazirliyi MDB ölkələrinin milli komandalarında çıxış edən idmançıların yerli "Sputnik" peyvəndi ilə aşılanma variantını nəzərdən keçirməyə hazırdır.

Sportfm.az "sport24.ru"ya istinadən xəbər verir ki, bu barədə idman naziri Oleq Matıtsin sözügedən ölkələrin Rusiyadakı səfirləri ilə görüşü zamanı deyib.

Nazir bildirib ki, bu, Tokio Yay Olimpiya Oyunlarının təhlükəsiz keçirilməsinə doğru addımdır: "Hamımız böyük idman ailəsinin bir hissəsiyik. Buna görə də, prioritet olaraq, MDB-yə üzv ölkələrin milli komandalarının idmançılarının Rusiya peyvəndi ilə aşılanması imkanlarını nəzərdən keçirməyə hazırıq".

Qeyd edək ki, hələlik Azərbaycan idmançıları peyvənd olunmayıb.

Oxşar xəbərlər

Rusiya bayrağı və himni Olimpiadada qadağan edilsin - TƏKLİF
Azərbaycan idmançılarına peyvənd vurulacaq - Tokio-2020
İdmançılara peyvənd vurulacaq - Tokio-2020
İdmançılardan hər gün test götürüləcək - Tokio-2020
Cənubi Koreya KXDR-ə 2032-ci il Olimpiadasını birgə keçirməyi təklif edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər