• 19:01 Bazar
    7 Mart 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Məhvə məhkum gənclər (liqası) -

Məhvə məhkum gənclər (liqası) - YAZI

Bu həftə UEFA İcraiyyə Komitəsi UEFA Gənclər Liqası turnirinin 2020/21-ci illər mövsümünün ləğv olunması ilə bağlı qərar qəbul etdi. Səbəb COVİD-19 pandemiyasıdır.

Turnirdə ölkəmizi U-19 Liqasının ötən ilki çempionu "Qəbələ" təmsil etməli idi. Rəqib də bəlli idi. Komandamız martın 4-də turnirin 1 oyundan ibarət 1/32 final mərhələsində "Şkendiya"nın (Şimali Makedoniya) qonağı olacaqdı. Təəssüf ki...

UEFA-nın qərarı "Qəbələ"yə maddi ziyan vurmaqla yanaşı, futbolçularda da ruh düşkünlüyü yaratdı. Xeyli vaxtdı səylə yarışa hazırlaşan komanda indi sanki boşluğa düşüb. Üstəlik, ölkədaxili yarışların olmaması da bir yandan, çəkilən əziyyətin hədər getməsinə səbəb olur.

Pandemiya bütün sahələrdə olduğu kimi, futbolumuza da böyük zərbə vurub. Ötən mövsüm Premyer Liqa başda olmaqla bütün ölkədaxili yarışlar başa çatdırılmadı. Bu mövsüm isə əsas çempionat və 1-ci Divizionu çıxsaq, heç bir yaş qrupu üzrə yarışlar keçirilmədi. Müxtəlif yaş qrupu üzrə millilərimizin iştirak etdiyi beynəlxalq turnirlər də o cümlədən. Bütün bunlar aşağı yaşlı futbolçuların inkişafına mənfi təsirini göstərməkdədir. Payız aylarında pandemiyanın ikinci dalğasının tüğyan etdiyi vaxtda liqaların təxirə düşməsi, millilərin təlim-məşq toplanışlarının ləğvi, akademiyalarda məşqlərin dayandırılması başa düşülən idi. İndi vəziyyət bir qədər stabilləşib. Yoluxma sayı xeyli azalıb, vaksinasiya başlayıb, vəziyyət nəzarət altındadır. Belə bir məqamda liqalarda yarışları bərpa etmək mümkün deyilmi? Əlbəttə mümkündü. Azından hansısa turnir keçirməklə boşluğu aradan qaldırmaq olar. Amma görünən budur ki, çoxları həvəsli deyil.

Hələ yanvarda orta və ali məktəblərdə dərslərin başlayacağı ilə bağlı qərar veriləndə düşünmək olardı ki, tezliklə liqalarda da yarışlar başlayacaq. Hətta bu ümidlə bir çox akademiyalarda məşqlərə start verildi. Əsas da heç olmasa Gənclər Liqasının bərpasına ümid böyük idi. Ancaq bu ehtimalların "40-ı" çıxsa da, hələ də sözügedən liqada yarışların başlaması ilə bağlı xəbər yoxdu. Güman ki, bu mövsüm heç olmayacaq da.

Başda Gənclər Liqası olmaqla liqaların təşkilatçısı AFFA-dır. Qurumun aşağı yaş millilərimizin toplanışı ilə bağlı üzərinə düşdüyü işin öhdəsindən gəldiyini deməliyik. Elə fevral ayında U-17 və U-18 millilərimizin Tovuzda təlim-məşq toplanışı keçməsini qeyd etmək kifayətdir. Amma təəssüf ki, bu diqqət liqalara göstərilmir. Heç olmasa, yuxarı yaş liqalarda çempionat olmasa da, qısa müddətli hansısa turnirlər təşkil etmək mümkündür və vacibdir. Ki, futbolçular mövsümü boşa verməsinlər.

Düzünə qalsa, çempionatların təxirə düşməsi əksər klublarımızın və məşqçilərin ürəyincədir. Klublar maliyyə sarıdan özlərini "irəli düşmüş" hesab edirlər. Komandalar səfər oyunlarına getmirlər, futbolçuların "ekipirovka" və idman ləvazimatları ilə təmini ixtisara düşür və s. Bəzi "məşqçilər" isə, onlardan nəticə tələb olunmadığı üçün rahatdırlar. Əsas odur ki, hər ay maaşlarını alsınlar, yarış keçirilməsə də olar.

Qısası, uşaq futbolunda mövcud mənzərə belədir: akademiyalarda məşqlər başlayıb, komandalar həftədə 3-5 dəfə, pis-yaxşı məşq edirlər, imkan düşəndə yoldaşlıq oyunlarında hazırlıqlarını yoxlayırlar. Amma bu hazırlığın tətbiq ediləcəyi yarış yoxdur. AFFA-dan liqaların keçirilməsi və ya turnirlərlə əvəzləməsi barədə rəsmi məlumat verilmir. Qeyri-müəyyənlikdir. Klubların qabağa düşüb hansısa yaş qrupunda turnir təşkil etməsi inandırıcı deyil. Kimin nəyinə lazımdır? Zərbə isə uşaq futboluna, futbolçulara dəyir. "Zərbə"ni indi hiss etməyəcəyik, səsi bir neçə ildən sonra çıxacaq. Premyer Liqada, 1-ci Divizionda komanda sayı artırılanda və o zaman futbolçu çatışmazlığı ilə üzləşəndə.

Bəlkə də fərqində deyilik, amma hazırkı vəziyyətdə bütöv bir futbolçu nəsli məhv olmaq üzrədir. Söhbət 18-19 yaşlı gənclərdən gedir. Pandemiyanın fəsadları bir yana, növbəti mövsüm də Premyer Liqa və 1-ci Divizionda komanda sayı artmasa, 2002-ci il təvəllüdlü futbolçuların hər 10-dan 9-u futbolsuz qalacaq.

Razıyıq, koronavirus futbolumuza böyük zərbə vurub. Amma mövcud vəziyyətdən minimum itkilərlə çıxış yolu tapmaq gərəkir. Heç olmasa, gənclər arasında hansısa yarışlar təşkil etmək, növbəti mövsüm komanda sayını artırmaq lazımdır ki...

Yeri gəlmişkən, UEFA-nın məlum qərarından sonra "Qəbələ"nin U-19 komandasının üzvləri kollektiv şəkil çəkdiriblər və meydanda "fişka"larla "U-19 Liqası başlasın!" tələbini yazaraq sosial şəbəkələrdə, mediada paylaşıblar. "Akademiyamızın futbolçuları son rəsmi oyunu tam 1 il əvvəl keçirmişdilər...", deyə etiraz edən gənclər futbol karyeralarının məhvə doğru getdiyinin fərqindədilər. Bəs AFFA necə?

İlqar TAĞIYEV
"525-ci qəzet"

скачать dle 10.4 UTF-8Forex для начинающих

21-02-2021
49
REKLAM
Etketlər
#hansısa, #bağlı, #etmək, #yarışlar, #komanda, #olmasa, #millilərimizin, #akademiyalarda, #liqaların, #futboluların, #Premyer, #Liqası, #liqalarda, #Gənclər, #təşkil, #nvbəti, #gənclər, #futbolu, #qrupu, #yarış
DİGƏR XƏBƏRLƏR
18-02-2021
AFFA-dan açıqlama -
AFFA-dan açıqlama - UEFA Gənclər Liqası ilə bağlı
10-09-2020
13 kluba möhtac futbolumuz -
13 kluba möhtac futbolumuz - İlqar Tağıyevin yazısı
19-06-2020
"Zirə"nin baş məşqçisi AFFA-nın qərarından narazıdı: "Etiraz edirik"
6-06-2020
"Klublar çox ağır vəziyyətə düşüblər" - Vaqif Sadıqov
8-05-2020
"Oyunçuların fiziki göstəriciləri çox aşağı düşüb" - Ayxan Abbasov
13-04-2020
Premyer Liqamızla bağlı yenilik -
Premyer Liqamızla bağlı yenilik - RƏSMİ
7-02-2020
"Azarkeşləri oyunlara gətirmək AFFA-nın yox, klubların işidir" - Şahin Diniyev
20-09-2018
Lazımsız görünən liqalar -
Lazımsız görünən liqalar - YAZI
19-09-2018
Tələsik atılmış addım -
Tələsik atılmış addım - YAZI
4-08-2018
Fariz Nəcəfov:
Fariz Nəcəfov: "Haqlı olduğumuz ortadadı"
25-03-2018
Azərbaycanda yeniyetmə futbolçular niyə yoxa çıxır?
Azərbaycanda yeniyetmə futbolçular niyə yoxa çıxır?
26-01-2018
Ramin Quliyev: Təəssüf ki, 2 həftə ərzində elə futbolçuya rast gəlmədim
Ramin Quliyev: Təəssüf ki, 2 həftə ərzində elə futbolçuya rast gəlmədim
15-11-2017
Biz futbolçu deyil, fəhlə yetişdiririk? - YAZI
Biz futbolçu deyil, fəhlə yetişdiririk? - YAZI
6-10-2017
Bölgələrə yad olan uşaq futbolu
Bölgələrə yad olan uşaq futbolu
22-09-2017
Birinci divizionunun yeni limiti nə vəd edir?
Birinci divizionunun yeni limiti nə vəd edir?
  Xəbər Lenti
Oyunlar təxirə salındı - DÇ-2022 7.03.2021, 13:44
“Osasuna” – “Barselona” 0:2 - VİDEO 7.03.2021, 13:10
"Vilyarreal"ın sabiq futbolçusu yoxa çıxdı - ŞOK 7.03.2021, 12:39
Cüdoçularımız ilk görüşlərində qələbə qazandı - Böyük Dəbilqə 7.03.2021, 12:25
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 7.03.2021, 11:10
“Bavariya” – “Borussiya” 4:2 - VİDEO 7.03.2021, 10:12
Alyona və Tatyana Azərbaycan yığmasının heyətində 7.03.2021, 09:26
"Zirə"də yeni oyunçu - RƏSMİ 6.03.2021, 20:26
"Turan Tovuz"dan bərabərlik, "Qaradağ Lökbatan" qələbə qazandı - I Divizion 6.03.2021, 18:34
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 17 33
2 Qarabağ 17 33
3 Zirə  17 28
4 Sumqayıt   17 23
5 Qəbələ 17 21
6 Səbail 17 16
7 Keşlə 17 15
8 Sabah 17 15
Ətraflı
14-02-2021
TopazAZ
TopazAZ
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
13-02-2021
"Bu, Samir Abasovun görmək istədiyi "Neftçi" deyil" - VİDEO
2-03-2021
Ulduzlar Liqası başlayır -
Ulduzlar Liqası başlayır - Yeni mövsüm
11-02-2021
"Tik-Tok" AVRO-2020-nin sponsoru oldu
10-02-2021
"Azərbaycan futbolunda hamı yaşa baxır" - Vaqif Cavadov
12-02-2021
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi -
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi - Formula 1
17-02-2021
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
11-02-2021
“Sevilya” – “Barselona” 2:0 -
“Sevilya” – “Barselona” 2:0 - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 14 32
2 Zaqatala 15 31
3 Neftçi-2 14 30
4 Sabah-2 14 29
5 Qarabağ-2 15 22
6 Kəpəz 13 16
7 Keşlə-2 14 11
8 Qaradağ Lökbatan 14 10
9 Sumqayıt-2  13 9
10 MOİK 14 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb