reklam
Sportfm.az xəbər saytı

"Neftçi" "Qəbələ"yə, "Zirə" "Keşlə"yə qarşı -Azərbaycan Premyer Liqası


Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında 13 xalla son pillədə yer alan "Keşlə" "ASK Arena"da 24 xalla 3-cü sırada qərarlaşan "Zirə" ilə üz-üzə gələcək. 

Turun son oyunu "Bakcell Arena"da "Neftçi" və "Qəbələ" arasında olacaq. 30 xalı olan "ağ-qaralar"la turnir cədvəlinə başçılıq edir. 

Azərbaycan Premyer Liqası

XVI tur

16:00. “Keşlə” – “Zirə”
Hakimlər:
 Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”.

18:00. “Neftçi” –“ Qəbələ”
Hakimlər:
 İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”.

Qeyd edək ki, turun açılış günündə "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib, "Qarabağ" isə "Sumqayıt"la səfər matçında qolsuz heç--heçə edib.

Oxşar xəbərlər

“Qarabağ” – “Qəbələ” oyunu FIFA referisinə tapşırıldı - Premyer Liqa
"Neftçi" "Sumqayıt"a qarşı - Azərbaycan Premyer Liqası
"Qarabağ" "Qəbələ"nin, "Neftçi" "Sabah"ın qonağı olacaq - Premyer Liqa
"Neftçi" evdə, "Qarabağ" səfərdə oynayacaq - Azərbaycan Premyer Liqası
Premyer Liqada 15-ci tura start verilir - "Neftçi" qalib gələ biləcəkmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər