Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə qalib gəldi
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun III mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlərin ilk günündən qalib ayrılıb.
Sportfm.az xəbər verir ki, tərəflər bu gün dörd dəfə üz-üzə gəliblər. İlk partiyada heç-heçə qeydə alınıb - 0,5:0,5. Növbəti partiyada Rəcəbov ağ fiqurlarla qalib gəlib. Lakin üçüncü dueldə Vaşye-Laqrav üstün olub. Bununla belə, Azərbaycan təmsilçisi dördüncü qarşılaşmada rəqibini təslim edərək, günü 2,5:1,5 hesablı üstünlüklə tamamlayıb.
Tərəflər fevralın 14-də də üz-üzə gələcəklər. İkinci oyun günündə Rəcəbov ən azı heç-heçəyə nail olsa, turniri 3-cü pillədə başa vuracaq.
Qeyd edək ki, norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So arasındakı final görüşünün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1).
Qeyd edək ki, ikinci oyun gününə sabah saat 20:00-da start veriləcək.
Oxşar xəbərlər
Rəcəbov ikinci, Məmmədyarov sonuncu oldu - Çempionlar Turu
Teymur Şəhriyara üstün gəldi - Turnir
Rəcəbov tay-brekdə uduzdu - Çempionlar Turu
Azərbaycanlı ermənini mat etdi - Çempionlar Turu
Teymur Rəcəbov mübarizəyə başlayır - 3-cü yer uğrunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası