reklam
Rəcəbov ikinci, Məmmədyarov sonuncu oldu -
Sportfm.az xəbər saytı

Rəcəbov ikinci, Məmmədyarov sonuncu oldu -Çempionlar Turu


Norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsi başa çatıb.

Sportfm.az xəbər verir ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov sonuncu turda fransalı Maksim Vaşye-Laqravı məğlubiyyətə uğradıb - 2,5:0,5. O, turniri 2-ci yerdə bitirib.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə yarışı sonuncu - 10-cu yerdə tamamlayıb. 36 yaşlı şahmatçı son turda Ermənistan təmsilçisi Levon Aronyana uduzub. Bu dəfə ilk 2 partiyadan Aronyan qələbə ilə ayrılıb. 3-cü görüşdə isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Çempionlar Turunun qalibi Maqnus Karlsen olub.

 

Oxşar xəbərlər

Teymur Şəhriyara üstün gəldi - Turnir
Məmmədyarov və Rəcəbov yenə uduzdu - Çempionlar Turu
Azərbaycanlı ermənini mat etdi - Çempionlar Turu
Məmmədyarov Rəcəbovla üz-üzə - Çempionlar Turu
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər