reklam
Teymur Rəcəbov mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Teymur Rəcəbov mübarizəyə başlayır -3-cü yer uğrunda


Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsində 3-cü yer uğrunda mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, 34 yaşlı qrossmeyster fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.

Görüşlər iki gün davam edəcək. Şahmatçılar hər gün 4 oyun keçirəcəklər. İki günün qarşılaşmaları qalibi müəyyənləşdirməsə, tay-breyk oynanılacaq.

Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli Soya, Vaşye-Laqrav isə norveçli Maqnus Karlsenə uduzub.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Oxşar xəbərlər

Bu dəfə alınmadı - Şəhriyar və Teymur məğlub oldu
Azərbaycanlı ermənini mat etdi - Çempionlar Turu
Teymur Rəcəbov bu dəfə üçüncü oldu - "Opera Euro Rapid"
"Yarımfinalda yaxşı oynamadım" - Teymur Rəcəbov
Teymur Rəcəbov Levon Aronyanla qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər