reklam
Sportfm.az xəbər saytı

"Futbolçularla ciddi söhbət edəcəyəm" -Aftandil Hacıyev


"Oyunun gərgin keçəcəyini ilk hissədən bilirdik. Hava şəraiti və Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirdiyimiz oyunların nəticələri bizim üçün əlverişli deyildi".

Sportfm.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sumqayıt"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 15-ci tur matçından sonra mətbuat konfransında deyib. 

Baş məşqçi çoxlu sarı və qırmızı vərəqəni bu amillə əlaqələndirib: "Bu gün də sarı və qırmızı vərəqələr çox oldu. Bununla bağlı komanda ilə danışacaq və hətta ola bilsin, bəzi futbolçulara ciddi xəbərdarlıq edəcəyəm. Sadəcə, oyunun axarında uduzursansa, psixoloji durum aşağı enir. Bu halda komandanı kökləmək olduqca çətinləşir. Rəqib layiqli qələbə qazandı".

 

 

Oxşar xəbərlər

"Komandam layiqli qələbə qazandı" - Elmar Baxşıyev
"Layiqli qələbə qazandıq" - Aftandil Hacıyev
"Meydanda yalnız "Neftçi" var idi" - Aftandil Hacıyev
"Rəqib sonadək bizə çətin anlar yaşatdı" - Aftandil Hacıyev
Aftandil Hacıyev gileyləndi: "Heyət güclənməlidi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər