"Yarımfinalda yaxşı oynamadım" -Teymur Rəcəbov
"Finalda Uesli So və Maqnus Karlsenə uğurlar arzu edirəm. Mən isə Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda oynayacağam".
Sportfm.az xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov özünün tvitter hesabında paylaşıb.
Yarımfinalda ABŞ təmsilçisi Uesli Soya məğlubiyyəti şərh edən 34 yaşlı qrossmeyster yaxşı çıxış etmədiyini bildirib: "Çempionlar Turunda oynadığım üçün xoşbəxtəm. Amma yarımfinalda çox da yaxşı təsir bağışlamadım. Uesli isə öz oyunu ilə heyran etdi. Dəstəyinizə görə təşəkkür edirəm".
Rəcəbov sonda isə "Sevgililər Gününü Maqnus, Uesli və Maksimlə keçirməyə hazırlaşıram. Bunu arzulaya bilərəmmi" yazıb.
Qeyd edək ki, yarımfinalda uduzan Teymur Rəcəbov bu gün və sabah fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlər keçirəcək.
Oxşar xəbərlər
Məmmədyarov və Rəcəbov yenə uduzdu - Çempionlar Turu
Azərbaycanlı ermənini mat etdi - Çempionlar Turu
Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə qalib gəldi
Teymur Rəcəbov mübarizəyə başlayır - 3-cü yer uğrunda
"Əlimdən gələni etdim" - Teymur Rəcəbov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası