reklam
Teymur Rəcəbov bu dəfə üçüncü oldu -
Sportfm.az xəbər saytı

Teymur Rəcəbov bu dəfə üçüncü oldu -"Opera Euro Rapid"


Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsində üçüncü yeri tutub.

Sportfm.az xəbər verir ki, 34 yaşlı qrossmeyster 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravı üstələyib.

Bu rəqiblə ilk oyun günündə 2,5:1,5 hesablı üstünlüklə ayrılan Rəcəbov bu gün ilk iki partiyasını da qələbə ilə başa vurub. Nəticədə ikinci oyun günündə ən azı 2:2 hesablı heç-heçəni təmin edən azərbaycanlı qrossmeyster iki günün yekununda üstün tərəf kimi cütün qalibi olub.

Qeyd edək ki, "Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsinin qalibi olmuşdu.

Oxşar xəbərlər

Teymur Rəcəbov mübarizəyə başlayır - 3-cü yer uğrunda
Teymur Rəcəbov Levon Aronyanla qarşılaşacaq
Teymur Rəcəbov 5 görüşdə heç-heçə etdi - "Opera Euro Rapid"
Teymur Rəcəbov 5 görüş keçirəcək - "Opera Euro Rapid"
Teymur Rəcəbov qələbə ilə başladı - "Opera Euro Rapid"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər